RU

Taksi sürücüsü qaydanı kobud pozdu - Ölümə səbəb olacaqdı - Anbaan VİDEO

Bakıda taksi sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması təhlükəli anlara səbəb olub.

Milli.Az xəbər verir ki, "Alov qüllələri" yaxınlığında baş verən hadisə zamanı sürücü qarşı hərəkət zolağına çıxaraq həm piyadaların, həm də digər nəqliyyat vasitələrinin həyatını riskə atıb. Son anda manevr edərək piyadaları vurmaqdan yayınan taksi sürücüsü eyni zamanda əks istiqamətdən gələn avtomobillə toqquşma təhlükəsi də yaradıb.

Baş verənlər taksidə olan rusiyalı bloqer Arsen Kipera tərəfindən lentə alınıb. O, təhlükəli anları sosial şəbəkədə paylaşaraq geniş müzakirələrə səbəb olub.

Görüntülər yayıldıqdan sonra istifadəçilər sürücünün məsuliyyətsiz davranışını kəskin tənqid edərək belə halların ciddi nəticələrə gətirib çıxara biləcəyini vurğulayıblar.

Milli.Az

Избранный
8
3
milli.az

4Источники