RU

Azyaşlılar atalarına məxsus maşınla qəza törətdi, ölən var

Bakı.Trend:

Atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlınəqliyyat vasitəsini hərəkətə gətirib.

Bu barədə Trend-ə BDYPİ-dən məlum verilib.

Belə ki, Xətai rayon sakini İlham Qasımov “VAZ” markalıavtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapılarıaçıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxiləediblər.

Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyatvasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürətyığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanıpiyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.

Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanıtəhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb olabilər. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq,enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemiqoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyatvasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir.

Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyantəhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağırfaciə ilə üz-üzə qalmazdı.

Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, nəqliyyatvasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməlolunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan,sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyintələblərinə ciddi riayət etmələri tələb olunur.

Məqalədə:
Избранный
3
34
az.trend.az

10Источники