RU

SON DƏQİQƏ! Şou-biznesə qarşı əməliyyat: Bu məşhurlar da SAXLANILDI - FOTO

Türkiyənin İstanbul şəhərində hüquq-mühafizə orqanları şou-biznes nümayəndələrinə qarşı genişmiqyaslı narkotik əməliyyatı keçirib.

Musavat.com xəbər verir ki, Beykoz Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 9 məşhur sima barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılanlar arasında Türkiyənin tanınmış aktyoru İbrahim Çelikkol, müğənnilər Mustafa Ceceli, Bengü, Simge Sağın, Melek Mosso, eləcə də Deha Bilimler, Ersay Üner, Aslı Sipahi Hacısüleymanoğlu və İlkay Şencan yer alır.

Prokurorluğun yaydığı məlumata görə, adıçəkilən şəxslərə qarşı narkotik vasitələrin əldə edilməsi, saxlanması, istifadəsi və yayılması maddələri ilə rəsmi ittiham irəli sürülüb. Hazırda faktla bağlı araşdırmalar davam edir.

Attachment

Musavat.com

Избранный
26
1
musavat.com

2Источники