RU

II Liqa: Lider "Xankəndi" də səfər sınağına çıxır, təqibçisi "Qaradağ Lökbatan" da

Azərbaycan II Liqasında XXI tur davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci günündə 3 matç baş tutacaq.

Bugünkü görüşlərdə iddialılar meydanda olacaq. Günün ilk qarşılaşmasında liderin ən yaxın izləyicisi "Qaradağ Lökbatan" səfərdə "Dinamo" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bir saat sonra lider "Xankəndi" "Şirvan"la, "Şəmkir" isə "Kür-Araz"la səfər sınağına çıxacaq. 

Ötən gün keçirilən oyunlarda “Göygöl” evdə “Ağdaş”a uduzub (0:2), “Araz Saatlı” isə “Ağstafa Gəncləri”ni darmadağın ( 7:1) edib.

Tura 9 apreldə baş tutacaq “Quba” – “Şəki Siti” matçı ilə yekun vurulacaq.

Azərbaycan II Liqası
XXI tur
7 aprel 

“Dinamo” – “Qaradağ Lökbatan”
Hakimlər: Nazim Abdullayev, Sənan Atayev, Hüseyn Vəliyev, Samir Musayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 15:00.

“Şirvan” – “Xankəndi”
Hakimlər: Əkbər Əhmədov, Aydın Baxşıyev, Elmin Süleymanov, Xalid Quliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şirvan OİK stadionu, 16:00.

“Kür-Araz” – “Şəmkir”
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Rüfət Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

Избранный
21
fanat.az

1Источники