RU

AFB Bank-da ikiqat pozuntu : həm sərəncam, həm 2000 manat cərimə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı tərəfindən “AFB Bank” ASC-yə icrasıməcburi sərəncam verilib və bankın vəzifəli şəxsi inzibatiməsuliyyətə cəlb olunub.

Trend xəbərverir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, “AFB Bank” ASC tərəfindən inzibatçı vəzifəsinətəyinat və dəyişikliklərlə bağlı müəyyən edilmiş müddətdə MərkəziBanka yazılı bildiriş təqdim edilməyib. Bu hal “Banklar haqqında”Azərbaycan Respublikası Qanununun 10.6-cı və 15.2-ci maddələrinintələblərinin pozulması kimi qiymətləndirilib. Bununla əlaqədarolaraq, Qanunun 47-ci maddəsi rəhbər tutulmaqla, Mərkəzi Banktərəfindən banka gələcəkdə oxşar halların təkrarlanmaması məqsədilədaxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburisərəncam verilib.

Bununla yanaşı, “AFB Bank” ASC tərəfindən prudensialhesabatların forması, məzmunu və təqdim olunması qaydalarınıntələblərinin pozulması faktı da müəyyən edilib. Qeyd olunanpozuntuya görə “Banklar haqqında” Qanunun 47-ci maddəsi rəhbərtutulmaqla, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasənbankın vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib.

AMB vurğulayıb ki, hesabatlılıq forması üzrə yol verilmişpozuntular bankın maliyyə dayanıqlılığına hər hansı təhdidyaratmır.

Sözügedən bank 2008-ci ildə “Azfinansbank” Açıq SəhmdarCəmiyyəti (ASC) adı ilə dövlət qeydiyyatına alınıb. Bank 2009-cuildə isə rebrendinq edərək indiki adını – “AFB Bank” ASC olub.Nizamnamə kapitalı 70 milyon 393 min 455 manat olan bankın qanunitəmsilçisi Xubanlı Orxan Qurban oğludur.

Избранный
11
5
az.trend.az

6Источники