RU

ÜST Qəzzadan tibbi təxliyəniDAYANDIRDI

Ümumdünya Səhiyyə Təşkilatı Qəzza zolağında baş verən insidentdən sonra tibbi təxliyələri dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı Qəzza zolağında təhlükəsizlik hadisəsi nəticəsində qurumun podratçılarından birinin öldüyünü təsdiqləyib.

Qurumun baş direktoru Tedros Adhanom Qebreyesus X sosial şəbəkəsində yaydığı açıqlamada qeyd edib ki, hadisə ilə əlaqədar olaraq Qəzzadan Rəfah vasitəsilə Misirə həyata keçirilən tibbi təxliyələr dayandırılıb və növbəti xəbərdarlığa qədər bərpa olunmayacaq.

O əlavə edib ki, hadisə zamanı ÜST-nin daha iki əməkdaşı ərazidə olub, lakin onlar xəsarət almayıblar.

Baş direktorun sözlərinə görə, müvafiq orqanlar insidentlə bağlı araşdırma aparacaq.

Aminə ŞAHSUVARQIZI

Избранный
26
1
redaktor.az

2Источники