RU

“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu il proqrama ümumilikdə 1500-dən çox müraciət daxil olub. Müraciətlərin ilkin qiymətləndirilməsi, namizədlərin bilik və bacarıqlarının yoxlanılması, həmçinin analitik düşünmə qabiliyyətini ölçən mərhələli seçim prosesi nəticəsində 15 tələbə Azercell-in təqaüdünə layiq görülüb. Qaliblər Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, ADA Universiteti, UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti kimi ölkənin aparıcı ali təhsil müəssisələrində təhsil alırlar. Azercell nümayəndələri proqram qalibləri ilə görüş keçirərək onları bu nailiyyət münasibətilə təbrik edib, xüsusi sertifikatlarla mükafatlandırıblar. Görüş zamanı tələbəri maraqlandıran suallar cavablandırlıb, şirkətin fəaliyyət istiqamətləri və gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat təqdim olunub. Qeyd edək ki, “Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nı 2007-ci ildən həyata keçirir. Bugünədək şirkət ümumilikdə 300-dən çox tələbəni təqaüdlə təmin edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
15
azvision.az

10Источники