Bakı. Trend:
Ötən gecə ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarıfonunda İranın Tehran vilayətinin Şəhriyar rayonunda yaşayışmassivində ölənlərin sayı 9 nəfərə yüksəlib.
Trend-inməlumatına görə, bunu İranın Şəhriyar rayonunun qubernatorununmüavini Əli Rəhimi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hərbi hava hücumları nəticəsində 15 nəfəryaralanıb. Eyni zamanda xilasetmə əməliyyatı davametdirilməkdədir.
Rəhimi qeyd edib ki, hərbi hava hücumları güclü partlayışa səbəbolub. Buna görə, uçqunların təmizlənməsi xilasetmə əməkdaşları üçünçətniliklər yaradır.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.