RU

ABŞ açıqladı: İrana qarşı əməliyyatda 400-ə yaxın əsgərimiz yaralanıb

İrana qarşı əməliyyat zamanı yüzlərlə amerikalı hərbçi yaralanıb.

Ölkə.az xəbər verir ki, bu barədə CBS News ABŞ Mərkəzi Komandanlığının nümayəndəsinə istinadən xəbər verir.

Məlumata görə, əməliyyatlar zamanı 370-dən çox amerikalı hərbçi yaralanıb. Onlardan təxminən 330 nəfər artıq xidmətə qayıdıb, onlardan beşinin ağır yaralı olduğu bildirilir.
Aprelin 4-də Pentaqon "Epik Qəzəb" əməliyyatının başlanmasından bəri 365 amerikalı hərbçinin yaralandığını bildirib. Onlardan altısı Küveytdə, biri isə Səudiyyə Ərəbistanında olmaqla, on üçü ölüb.

ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin sözlərinə görə, Amerika hərbçilərinin xəsarətlərinin əksəriyyəti İranın dron hücumlarının nəticəsidə olub.

Mürtəza

Избранный
17
2
olke.az

3Источники