RU

Tozcuq allergiyası olanlar bu qidalardan uzaqDURMALIDIR

Tozcuq allergiyası (pollinoz) olan şəxslər bəzi qidalara qarşı da həssaslıq göstərə bilər. Mütəxəssislər bildirir ki, bu hal “çarpaz allergiya” ilə əlaqədardır və müxtəlif allergenlərin zülal quruluşunun oxşarlığı səbəbindən yaranır.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məsələ ilə bağlı açıqlama verən allergoloq-immunoloq Yekaterina Andreyeva qeyd edib ki, ağac tozcuqları ilə oxşar zülallar qoz-fındıq, armud, alma, çəyirdəkli meyvələr, yerkökü, kərəviz, badımcan, bibər və hətta kartofda da mövcuddur. Bu səbəbdən həmin qidalar allergik reaksiyalara səbəb ola bilər.

Onun sözlərinə görə, allergik reaksiyanın əsas səbəblərindən biri histamin maddəsinin həddindən artıq ifraz olunmasıdır. Bu isə dəridə qaşınma, asqırma, səpgilər, ödem və tənəffüs çətinliyi kimi simptomlarla özünü göstərir. Pollinozdan əziyyət çəkən insanlarda bu əlamətlər yalnız tozcuqla təmas zamanı deyil, bəzi qidaların qəbulu zamanı da ortaya çıxa bilər.

Həkim bildirib ki, allergiyası olan şəxslər çiçəkləmə mövsümündə daha çox burun axıntısı, göz yaşarması və nəfəs darlığı yaşayır. Qida allergiyası zamanı isə ağız və boğazda qaşınma, səpgilər və ödem müşahidə olunur.

Mütəxəssis əlavə edib ki, müxtəlif mövsümlərdə fərqli allergenlər aktiv olur. Məsələn, yay aylarının ilk yarısında taxıl bitkiləri ilə bağlı allergiya, ikinci yarısında isə alaq otları ilə əlaqəli reaksiyalar üstünlük təşkil edir. Bu dövrdə qarpız, qovun, balqabaq, günəbaxan və kələm kimi məhsullara qarşı həssaslıq arta bilər.

Bundan əlavə, bəzi hallarda qidaların istilik emalından sonra belə allergik xüsusiyyətləri qalır, hətta güclənə bilər. Həkimlər bu səbəbdən allergiyası olan şəxslərə qida seçiminə diqqətlə yanaşmağı tövsiyə edir.

Eyni zamanda, pollinozlu insanlar bəzən dekorativ çiçəklərə və ya efir yağlarına qarşı da reaksiya verə bilər. Həkimlər qeyd edir ki, düzgün qidalanma, məhsulların düzgün saxlanması və vaxtında istifadəsi allergik reaksiyaların qarşısını almaqda mühüm rol oynayır.

NURİYYƏ

Избранный
13
1
redaktor.az

2Источники