RU

Tramp NATO üzvlərinin bu addımını “heç vaxt silinməyəcək bir ləkə” adlandırıb

ABŞ Prezidenti Donald Tramp NATO ilə vidalaşdığını deyib.

Azia.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, bu, NATO ölkələrinin ABŞ-ın Qrenlandiyaya nəzarət etmək istəyinə reaksiyası səbəbindən baş verib:

“Əgər həqiqəti istəyirsinizsə, hər şey Qrenlandiya ilə başladı. Biz Qrenlandiyanı istəyirik, onlar isə onu bizə vermək istəmirlər. Buna görə onlara “bye-bye” (sağ ol) dedim”.

Trampın məyusluğunun digər səbəbi NATO-nun ABŞ-ın İrana qarşı hərbi əməliyyatına münasibəti olub.

“Onlar heç bir köməklik etmədilər. Tam əksinə. Bizə onlar lazım deyil, bu, göz qabağındadır”, – deyə Ağ Ev rəhbəri bildirib.

Tramp NATO üzvlərinin bu addımını “heç vaxt silinməyəcək bir ləkə” adlandırıb.

Qeyd edək ki, cari ilin yanvarın 5-də Tramp ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün Danimarka Krallığının muxtar hissəsi olan Qrenlandiya üzərində nəzarəti bərqərar etmək niyyətini açıqlamışdı.

Bu bəyanat NATO daxilində ciddi böhrana səbəb olmuş, Danimarka Müdafiə Nazirliyi isə adaya hər hansı hücum olacağı təqdirdə cavab zərbəsi endirəcəklərini bəyan etmişdi.


Избранный
2
1
azia.az

2Источники