RU

Özbəkistan və ABŞ arasında biznes əlaqələrinin gücləndirilməsi müzakirə edilib



Özbəkistan və ABŞ arasında biznes əlaqələrinin daha da gücləndirilməsi Özbəkistanın Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyevanın Birləşmiş Ştatlara səfəri çərçivəsində müzakirə edilən əsas məsələlərdən biridir.

Newscenter.az Səidə Mirziyoyevanın sosial şəbəkə hesabına istinadən xəbər verir ki, o, Vaşinqtonda ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurasının həmsədri, səfir Serjio Qor ilə məhsuldar görüş keçirib.

Görüşdə ölkələr arasında biznes əməkdaşlığının əsas məsələləri müzakirə edilib. Görüş Şuranın fəaliyyətinin rəsmi başlanğıcı ərəfəsində baş tutub.

"Bu struktur, şübhəsiz ki, Özbəkistan və ABŞ arasında biznes əlaqələrinin daha da gücləndirilməsi üçün təsirli bir platformaya çevriləcək. Ölkələrimizin prezidentlərinin güclü siyasi iradəsi bunun üçün möhkəm təməl yaradır",-deyə Səidə Mirziyoyeva vurğulayıb.

Süleyman
Избранный
14
1
newscenter.az

2Источники