RU

Bitcoin in dəyəri 10 min dollaradək azala bilər? Ekspert xəbərdarlıq etdi

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Bitcoin" 75 min dollar səviyyəsini qoruya bilməsə, qiymətində kəskin eniş müşahidə olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin eksperti Mayk Makqlon xəbərdarlıq edib.

Mütəxəssis "Bitcoin" dəyərinin uzunmüddətli tənəzzül dövrünə daxil ola biləcəyini qeyd edib. Analitikin proqnozuna görə, aparıcı rəqəmsal valyuta 75 min dollarlıq psixoloji həddi aşmasa, onun məzənnəsi 10 min dollara qədər geriləyə bilər:

"2020 və 2021-ci illər ərzində "Bitcoin"in dəyəri əsasən 10 min dollar ətrafında dəyişirdi və yenidən həmin mövqeyə qayıda bilər. 2017-ci ildən etibarən 10 min dollarlıq hədd əsas kriptovalyuta üçün ən çox dövriyyə olunan qiymət nöqtəsidir".

Aprelin 6-da "Bitcoin" təxminən 69 min dollar səviyyəsində qərarlaşıb. Ötən iki ay ərzində kriptovalyutanın dəyəri 65 minlə 75 min dollar diapazonunda dəyişib.

Ekspert, həmçinin vurğulayıb ki, bazardakı digər kriptovalyutaların məhdudiyyətsiz emissiyası və artan rəqabət "Bitcoin"in inkişafına mane olur. O, "stablecoin"lərin daha stabil dinamikaya malik olduğunu və 2026-cı ilə qədər USDT-nin həm "Bitcoin", həm də "Ethereum"u geridə qoyacağını proqnozlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
oxu.az

1Источники