RU

Hindistan sərhədlərinin qorunması üçün unikal təklif: Timsah və ilanlardan istifadə oluna bilər

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hindistanın Pakistan və Banqladeşlə sərhədlərinin mühafizəsini təmin edən Sərhəd Təhlükəsizlik Qüvvələri (BSF) olduqca qeyri-adi bir təşəbbüslə çıxış edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Hindu" qəzeti məlumat yayıb.

Qurum sərhədyanı çaylarda ilan və timsahlardan canlı "mühafizəçi" kimi istifadə imkanlarını araşdırmağı tapşırıb.

Məlumata görə, söhbət xüsusilə Hindistan və Banqladeş sərhədinin çətin keçilən sahələrindən gedir. Çaylar, bataqlıqlar və mürəkkəb relyef səbəbindən həmin ərazilərdə ənənəvi fiziki maneələrin (hasarların) quraşdırılması texniki cəhətdən mümkün deyil.

Hazırda bu təklif sadəcə öyrənilmə mərhələsindədir. Layihənin icrası zamanı yerli əhalinin təhlükəsizliyi ilə bağlı ciddi risklərin olduğu qeyd edilir. Hindistanın Banqladeşlə sərhədinin ümumi uzunluğu 4.9 min kilometrdən çoxdur.

Hökumət indiyədək qeyri-qanuni miqrasiyanın və antimilli fəaliyyətin qarşısını almaq üçün sərhədin böyük hissəsində işıqlandırılmış hasarlar inşa etsə də, bəzi keçilməz təbii sahələr hələ də açıq qalmaqdadır. Sürünənlərin məhz bu "boşluqları" dolduracaq təbii səddə çevrilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
99
oxu.az

1Источники