RU

İtaliya A seriyası: “Napoli” minimal hesabla “Milan”a qalib gəlib

Bakı, 7 aprel, AZƏRTAC

İtaliya A seriyasında 31-ci tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşü “Napoli” ilə “Milan” arasında "Dieqo Armando Maradona" stadionunda reallaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 72 xalla “İnter” liderlik edir. Son çempion “Napoli” 65 xalla 2-ci, “Milan” isə 63 xalla 3-dür.

Избранный
45
azertag.az

1Источники