RU

Donald Trampdan ŞOK BƏYANAT: Venesuela prezidentliyinə namizəd olacağam – VİDEO

Donald Tramp Venesuela prezidentliyinə namizədliyini irəli sürəcəyini bəyan edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp gözlənilməz bir açıqlama verərək, Venesuela Prezidenti seçilmək niyyətində olduğunu bildirib.

O, İranla bağlı mövcud gərginliyi aradan qaldırdıqdan sonra Venesuelaya gedəcəyini və orada siyasi fəaliyyətə başlayacağını deyib.

“Mən bu işi (İranla münaqişəni) bitirdikdən sonra Venesuelaya gedə bilərəm. İspan dilini tez öyrənəcəyəm. Mən Venesuelaya gedəcəyəm və prezidentliyə namizədliyimi irəli sürəcəyəm”, – Tramp qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az


Избранный
32
1
interpress.az

2Источники