RU

“Tarixin ən bahalı REKLAMI”: Kosmosdan gələn təsadüfi “Nutella” KADRI – FOTO/VİDEO

“Nutella” bankası kosmos tarixinə düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Texnoloji xəbərlər” məlumat yayıb.

Bəşəriyyətin kosmosda yeni uçuş rekordu müəyyənləşdirdiyi tarixi anlarda maraqlı və gözlənilməz hadisə yaşanıb.

NASA-nın canlı yayımı zamanı “Nutella” şokolad yağının bankası kadra düşərək bütün dünyanın diqqətini çəkib.

İzləyicilər dərhal bu hadisəni “tarixin ən bahalı reklamı” kimi şərh etsələr də, rəsmi məlumatlara görə, bu, sadəcə təsadüfdür və hər hansı bir reklam əməkdaşlığı nəzərdə tutulmayıb.

Görünür, astronavtlardan biri öz sevimli şokolad yağını yaddan çıxararaq kameranın qarşısında qoyub.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
30
interpress.az

1Источники