RU

Tramp: “Yaponiya da, Cənubi Koreya da bizi tək qoydu”

ABŞ prezidenti Donald Tramp növbəti açıqlaması ilə diqqət çəkib. Musavat.com xəbər verir ki, Tramp Vaşinqtonun əsas müttəfiqlərindən olan Yaponiya, Cənubi Koreya və Avstraliyanı açıq şəkildə tənqid edib.

O bildirib ki, bu ölkələr ABŞ-yə lazımi dəstəyi vermir: “Cənubi Koreya bizə kömək etmədi. Avstraliya bizə kömək etmədi. Yaponiya bizə kömək etmədi”. Tramp əlavə edib ki, ABŞ-nin Yaponiyada təxminən 50 min, Cənubi Koreyada isə 45 min hərbçisi var və bu qüvvələr əsasən regionda təhlükəsizliyi təmin etmək üçün yerləşdirilib.

ABŞ lideri eyni zamanda Şimali Koreya rəhbəri Kim Çen In ilə münasibətlərinə də toxunaraq, onunla “çox yaxşı yola getdiyini” bildirib. Bu fikir isə Trampın müttəfiqlərlə münasibətlərindəki gərginlik fonunda ziddiyyətli yanaşma kimi qiymətləndirilir.

Bununla yanaşı, Tramp NATO ilə bağlı da qalmaqallı açıqlama verib. O deyib ki, alyansdan Qrenlandiya ilə bağlı istədiyini ala bilməyib: “NATO-dan Qrenlandiyanı istədim, vermədilər, hər şey ondan başladı. Ondan sonra dedim əlvida”.

Musavat.com

Избранный
16
musavat.com

1Источники