RU

Gizlənqaç oynayan zaman dondurucuya girən bacı qardaş öldü Kolumbiyada faciə

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kolumbiyada gizlənqaç oynayarkən dondurucuya girən səkkiz yaşlı Saori və beş yaşlı Darien Tiller adlı bacı-qardaş  ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Metro” yazıb.

İlkin məlumatlara görə, valideynləri qısa müddətlik alış-verişə gedən uşaqlar elektrik enerjisi kəsilmiş dondurucuya girib, daha sonra boğularaq ölüb.

Evə qayıtdıqdan sonra uşaqlarını tapa bilməyən valideynlər axtarışa başlayıb. Onlar uşaqları dondurucunun içərisində huşsuz vəziyyətdə tapıblar.

Uşaqlar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
1
qafqazinfo.az

2Источники