RU

DƏHŞƏT! ABŞ onların başına OD ƏLƏDİ – Aralarında ŞOK isimlər var – VİDEO

İranın nüvə proqramının ən mühüm simalarından biri sayılan doktor Hossein Koroşun öldürüldüyü barədə məlumatlar yayılıb. Müxalifətə yaxın İran mənbələrinin verdiyi xəbərə görə, aparıcı nüvə alimi ABŞ Hərbi Hava Qüvvələrinin yeraltı nüvə tədqiqat mərkəzinə endirdiyi dəqiq zərbə nəticəsində likvidasiya edilib.

NOCOMMENT.az xəbər verir ki, məlumata əsasən, həyata keçirilən bu genişmiqyaslı hava hücumu zamanı təkcə Koroş deyil, həmçinin mərkəzdə fəaliyyət göstərən onlarla mühəndis və digər nüvə alimləri də həyatını itirib. Bu hadisə İranın strateji hərbi və elmi potensialına vurulmuş ən ağır zərbələrdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, bu hücum ABŞ Prezidenti Donald Trampın “İranı bir gecədə məhv etmək olar” və “onların heç bir obyekti qalmayacaq” şəklindəki kəskin xəbərdarlıqlarından dərhal sonraya təsadüf edir. Yeraltı bunkerlərin hədəf alınması Vaşinqtonun Tehranın nüvə infrastrukturunu tamamilə sıradan çıxarmaq niyyətində olduğunu nümayiş etdirir. Hazırda rəsmi Tehranın bu ağır itkiyə necə reaksiya verəcəyi bölgədəki gərginliyin gələcək taleyini müəyyən edəcək.

Sara,
NOCOMMENT.az

Избранный
24
nocomment.az

1Источники