RU

Renatın komandası xal itirdi

Polşa çempionatında 27-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Renat Dadaşovun çıxış etdiyi "Motor" səfərdə "Radomyak"ın qonağı olub.

Qarşılaşmada qalib müəyyənləşməyib. Görüşdə hesabı 21-ci dəqiqədə qonaqlar açsalar da, meydan sahibləri ikinci hissənin əvvəlində tarazlığı bərpa edərək məğlubiyyətdən xilas ola biliblər.

Renat sabiq klubuna qarşı keçirilən matçı ehtiyat skamyasından izləyib.

“Motor” 38 xalla 8-ci pillədə yer alır.

Избранный
21
1
football-plus.az

2Источники