Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Vaşinqton, 6 aprel, AZƏRTAC
“Mən ABŞ Silahlı Qüvvələrinə cəsur döyüşçülərimizi evə qaytarmaq üçün lazım olan hər şeyi etməyi əmr etmişəm”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.
“Bu, riskli bir qərar idi, çünki 1 və ya 2 nəfər əvəzinə 100 nəfərin ölümü ilə nəticələnə bilərdi. Bu, çətin bir qərardır, amma ABŞ ordusunda heç bir amerikalını arxada buraxmırıq", - deyə Prezident Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.