RU

Rusiya tərəfi Alen Simonyanın bəyanatına sərt reaksiya verib » AzadMedia.az

Rusiya

Rusiya rəsmiləri Ermənistan parlamentinin spikeri Alen Simonyanın ölkəsinin qaz qiymətlərinin artacağı təqdirdə Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev aprelin 6-da açıqlamasında bu cür yanaşmanı “qeyri-korrekt” adlandırıb. Onun sözlərinə görə, məsələnin bu formada qoyuluşu düzgün deyil.

Kosaçev qeyd edib ki, aprelin 1-də Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə mövcud vəziyyətə aydınlıq gətirilib. Bildirilib ki, Avropada qazın qiyməti 1000 kubmetr üçün 600 dolları keçdiyi halda, Rusiya Ermənistana qazı 177,5 dollardan satır.

Rusiyalı senator vurğulayıb ki, bu qiymət Ermənistan iqtisadiyyatının inkişafı üçün ciddi stimul yaradır, həmçinin ölkədə sosial və siyasi sabitliyin qorunmasında mühüm rol oynayır. O əlavə edib ki, bu dəstək Avropa və dünyada müşahidə olunan ciddi enerji böhranı fonunda təqdim olunur.
Kosaçev hesab edir ki, erməni siyasətçiləri Rusiyanın Ermənistana göstərdiyi bu dəstəyin miqyasını nəzərə almalı və qaz qiymətləri ilə bağlı hipotetik dəyişikliklər üzərindən spekulyasiya etməməlidirlər.

Xatırladaq ki, daha əvvəl Alen Simonyan Rusiyanın qaz qiymətlərini artıracağı təqdirdə Ermənistanın həm Aİİ, həm də KTMT-dən çıxmaq qərarı verə biləcəyini bildirmişdi.

Избранный
28
1
azadmedia.az

2Источники