RU

Məktəbli iki qardaşa xəsarət yetirilibVİDEO

Ağsu şəhər 1 saylı orta məktəbin qarşısında, idman meydançasında kişi iki məktəbliyə xəsarət yetirib, nəticədə onlardan biri xəstəxanaya yerləşdirilib.

Xezerxeber.az-ın məlumatına görə, rayon sakini, 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Dostəli Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn 16 yaşlı qardaşına isə əli ilə vuraraq xəsarət yetirib.

Xəsarət alan qardaşlardan biri xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs barəsində tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
16
2
xezerxeber.az

3Источники