Bu yaxınlarda Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun ilk Pasxa mərasimi keçirilib. Müqəddəs Pyotr Meydanında keçirilən mərasimdə Papa çıxış edərək müharibələri başlatmaq gücünə malik olan ölkələri sülhə çağırıb. O deyib: “Bu bayram günündə münaqişə və güc istəyindən əl çəkək və Tanrıdan dünyaya sülh bəxş etməsini diləyək”.
ABŞ-də doğulan Papa XIV Leo İran müharibəsi də daxil olmaqla qlobal münaqişələri tənqid edib. O, “Urbi et Orbi” (şəhərə və dünyaya) xeyir-duasını verməzdən əvvəl izdihama əl yelləyib.
“Biz zorakılığa öyrəşirik və minlərlə insanın ölümünə laqeyd yanaşırıq. Silahı olanlar onu yerə qoysun”, - deyə Papa əlavə edib.
O, çıxışında heç bir ölkənin adını çəkməyib və mesajını latın, ərəb və çin dillərində çatdırıb. Papa 11 apreldə sülh üçün dua mərasiminə rəhbərlik edəcəyini bildirib.
Papa XIV Leo son həftələrdə qlobal münaqişələri tənqid edib və insanları barışığa çağırıb. O, ABŞ Prezidenti Donald Trampa İranla münaqişəyə son qoymaq üçün çıxış yolu tapmağa müraciət edib.
Təhminə VERDİYEVA,
“Azərbaycan”