Polşa Ekstraklasasında 27-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Motor" səfərdə "Radomyak"ın qonağı olub.
Qarşılaşmada qalib müəyyənləşməyib. Görüşdə hesabı 21-ci dəqiqədə qonaqlar açsalar da, meydan sahibləri ikinci hissənin dərhal əvvəlində tarazlığı bərpa edərək məğlubiyyətdən xilas ola biliblər.
6 aprel
"Radomyak" - "Motor" - 1:1
Qollar: R.Volski, 47 - K.Çubak, 21
Renat Dadaşov sabiq klubuna qarşı keçirilən matçı ehtiyat skamyasından izləyib. Xatırladaq ki, Dadaşov 2025-ci ildə "Radomyak"da çıxış edib.
Qeyd edək ki, bu nəticədən sonra “Motor” 38 xalla turnir cədvəlində 8-ci pillədə yer alır.