Aktual.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.
İndiyə qədər qiymətləndirilmə meyarları və hər bir meyar üzrə qiymətləndirilmə aparılarkən təyin ediləcək bal hədləri aşağıdakı cədvələ əsasən müəyyən edilib:
Meyarlar
Qiymətləndirilir
(bal ilə)
1. Mütəxəssis olduğu sahədə təcrübəsi
0 – 35
2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu
0 – 20
3. Təhsili
0 – 15
4. Maliyyə təminatı
0 – 15
5. Daxili əmək bazarına müsbət təsiri
0 – 10
6. Xarici dil bilikləri
0 – 5
Dəyişikliyə əsasən, artıq qiymətləndirilmə meyarları və hər bir meyar üzrə qiymətləndirilmə aparılarkən təyin ediləcək bal hədləri aşağıdakı cədvələ əsasən müəyyən ediləcək
Meyarlar
Qiymətləndirilir (bal ilə)
1. Mütəxəssis olduğu sahədə təcrübəsi
0 – 55
2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu
0 – 20
3. Maliyyə təminatı
0 – 15
4. Daxili əmək bazarına müsbət təsiri
0 – 10
Qeyd edək ki, verilmiş balların cəmi azı 70 (yetmiş) bal olduqda əcnəbi yüksək ixtisaslı miqrant hesab olunmaı üçün nəzərdə tutulan keçid balını toplamış hesab olunur.