RU

İsfahanda ağlasığmaz əməliyyat: Əraziyə daxil oldular, pilotu tapdılar, sonra...

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ xüsusi təyinatlıları İranın vurduğu F-15 təyyarəsinin sağ qalan yeganə pilotunu xüsusi əməliyyatla İsfahandan çıxarıb. Məlumata görə, pilotun gizlənmək üçün sığındığı bölgəyə yaxınlaşmağa çalışan İran hərbçiləri ABŞ qüvvələri tərəfindən bombalanıb.

Bəzi ekspertlər hesab edir ki, bu hadisə ABŞ-ın İranın dərinliklərində quru əməliyyatı keçirməsi imkanlarını göstərmiş oldu. Hətta pilotların xilası prosesinin quru əməliyyatı üçün ilkin sınaq/kəşfiyyat məlumatları toplamaq məqsədilə əvvəlcədən hazırlanmış planın tərkib hissəsi olduğu iddia edilir.

Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, siyasi hadisələrə yanaşmada son vaxtlar daha mürəkkəb və asan anlaşılmayan münasibətlərə rast gəlirik:

“ABŞ-ın istənilən bir ölkənin daxilində xilasetmə əməliyyatı aparmaq təcrübəsi var. Bunun üçün yaxşı kəşfiyyat məlumatları və hədəfin koordinatlarının dəqiq müəyyənləşdirilməsi vacibdir. ABŞ ötən üç gün ərzində düşmənin ərazidəki hərbi qüvvələrinin həcmini və pilotun yerini dəqiq təyin edə bilib. Çox güman ki, pilotu xilas etmək üçün daha əlverişli yerə yönləndirib.

Məlumata görə, Birləşmiş Ştatların hərbi hava qüvvələri xilasetmə fəaliyyətini icra edənlərə qarşı təhlükə yaradan İran ordusunun birləşmələrini bombardman edərək neytallaşdırıb.

Mütəllim Rəhimli

Bu hadisə göstərir ki, ABŞ ordusu konkret əməliyyatı icra etmək qabiliyyətinə malikdir. Bu cür əməliyyatlarda gələcəkdə də müvəffəqiyyət qazanmaq ehtimalı çoxdur. Lakin Birləşmiş Ştatların ordusunun İranla quru əməliyyatlarında uğur qazanması şübhə doğurur. Çünki bu, icrasından dərhal sonra ərazidən çıxılması lazım olan qısa müddətli operativ tapşırıq deyil. ABŞ ordusu bunun üçün İranın hər bir qarışı uğrunda döyüşməlidir. Ona zərbənin hansı səmtdən dəyəcəyini təyin etməkdə də aciz qalacaq. Çünki təkcə İranın hərbi birləşmələri ilə deyil, bütövlükdə İran xalqı ilə döyüşməli olacaq. Bu isə qələbəni mümkünsüz edir.

Zənnimcə, bu hadisə xeyli vaxtdır ki, prezident Trampın İran üzərində elan etdiyi qələbəyə tutarlı bir əlavə olacaq. Həmçinin ona müharibədən çəkilmək üçün yaxşı bir əsas ola bilər”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
globalinfo.az

1Источники