RU

Tolikdən İctimai TV yə İTTİHAM: “Bayağı dediklərinizin adı ilə reytinq yığırsınız!”

Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan şou-biznesində qalmaqallı çıxışları ilə tez-tez gündəmə gələn prodüser Tarix Əliyev (Tolik) bu dəfə İctimai Televiziyada yayımlanan “Maska şou” proqramını sərt şəkildə tənqid edib.

Musavat.com bildirir ki, o qeyd edib:

“İctimai Televiziyada yayımlanan “Maska şou” az sayda baxımlı verilişlərdən biridir. Amma maraqlı məqam odur ki, İTV-nin bəyənmədiyi, bayağı adlandırdığı və Azərbaycan mədəniyyətinə zərər verdiyini dediyi insanların adları üzərindən PR edilir. Milyonluq verilişdə Ofeliya Şabanovanın, Kəmalə Günəşlinin, Şəbnəm Tovuzlunun adları tez-tez çəkilir. Halbuki hamı bilir ki, İctimai TV bu insanları nə verilişə qonaq çağırar, nə də “Maska şou”da iştirakına imkan verər. Amma əgər bu adların təbliği zərərli hesab olunursa, o zaman milyonluq layihədə onların adlarının çəkilməsi nə üçündür? Deməli, rezonans yaratmaq və maraq toplamaq üçün bu adlara ehtiyac var”.

Xatırladaq ki, müğənni Nigar Camal İTV-də yayımlanan “Maska şou”da müğənni həmkarı Ofeliya Şabanovanın adını unudub və efirdə onu “ərinin orasını-burasını yuyan…” adlandırıb. Onun bu ifadələri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Əksəriyyət İTV-də bu cür ifadələrin səsləndirilməsini tənqid edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
hurriyyet.az

2Источники