RU

Ərdoğan Türkiyədə erkən seçki gözləntisinə aydınlıq gətirdi

BAKI, 6 aprel. TELEQRAF

Heç kim bizə gündəm diktə edə bilməz.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin bugünkü topnatısından sonra deyib.

"İstəyirəm ki, nə hökumətimizin, nə də millətimizin yaxın gələcəkdə erkən və ya əlavə seçkilər keçirmək planı olmadığı bilinsin. Bölgəmiz böyük qarışıqlıq yaşayarkən, məqsədimiz bu yanğından uzaq durmaqdır. Bütün digər müzakirələri mənasız hesab edirik".

Ərdoğan Türkiyəni güclü iqtisadiyyata malik qlobal oyunçuya çevirməyin qayğısında olduqlarını deyib.

Избранный
17
1
teleqraf.com

2Источники