RU

Peşə təhsilində İLK Traktor sürən qızlar

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Aprelin 3-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. Mərkəzdə jurnalistlərin qarşılaşdığı ən maraqlı məsələ qadın traktorçular olub.

Geniş profilli traktorçu-maşinist ixtisası üzrə təhsil alan 19 yaşlı Alidə Hacıyeva Redaktor.az-a bildirdi ki, bu peşəyə marağı uşaqlıqdan var:

"Burada isə avadanlıqları gördükdən sonra həvəsim daha da artdı və könüllü olaraq traktor sürməyə qərar verdim. İlk başlarda insan qorxur, lakin sürdükcə daha da öyrənirsən. Ailəm, çox sağ olsun, bu məsələdə mənə dəstək oldu. Əslində bu iş o qədər də çətin deyil. Şəxsən mən özüm bir gün ərzində traktor sürməyi öyrənmişəm. Sadəcə həvəs və könüllülük kifayətdir".

Traktorçu peşəsinə marağı olan qızlardan biri də Zeynəb Məmmədlidir. 

"Mən Peşə Təhsil Mərkəzində veb-dizayn proqram təminatında oxuyuram. Amma uşaqlıqdan maşınlara, texnikalara marağım olduğu üçün məktəbimizin səhifəsində də bu traktorları görəndə yararlanmaq istədim. İstəyirəm hər kəs görsün ki, Azərbaycan qadınları necə güclüdür", - deyə o bildirdi.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
1
redaktor.az

2Источники