RU

“10 il və daha çox döyüşmək üçün kifayət qədər insanımız var” Deputat

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukraynanın daha 10 il və hətta ondan artıq müddətdə müharibə aparmaq üçün kifayət qədər insan resursu var, lakin əsas problem insanların qorxu səbəbindən səfərbərlikdən yayınmasıdır.

Bizimyol.info xəbər verir ki, bunu "The Independent" nəşrinə açıqlamasında Ukrayna Ali Radasının Xarici siyasət komitəsinin sədri Aleksandr Merejko bildirib.

Səfərbərliklə bağlı problemləri şərh edən deputat qeyd edib ki, insanlar orduya getməyi “bir tərəfli bilet” kimi qəbul edirlər. Onun fikrincə, rotasiya sistemi tətbiq olunsa və insanlar bir il cəbhədə xidmət etdikdən sonra evə buraxılacaqlarını bilsələr, xidmət etmək istəyənlərin sayı xeyli artar.

“Bu, psixoloji məsələdir. Kişilərin sayına baxsaq, bizdə 10 il və daha çox müharibəni davam etdirmək üçün kifayət qədər insan resursu var. Əsas problem bu resursları necə idarə etmək və psixoloji stimullar yaratmaqdır. Əgər siz səfərbərlikdən yayınanların çox olduğunu görürsünüzsə, özünüz də döyüşmək istəmirsiniz”, – deyə deputat bildirib.

Ukrayna mətbuatının yazdığına görə, media məlumatlarına əsasən Ukrayna rəhbərliyi sülh danışıqlarında irəliləyiş olmadığı üçün müharibəni ən azı daha 2–3 il davam etdirməyə hazırlaşır. Eyni zamanda Prezident Ofisində ABŞ-ın Ukraynaya dəstəyi tam dayandırması ssenarisi də istisna edilmir.

Bundan əlavə, deputat Mixail Tsımbalyukun sözlərinə görə, Ukraynada təxminən 1,5 milyon çağırış yaşlı kişi hərbi qeydiyyat məlumatlarını yeniləməyib. Onun sözlərinə görə, məhz bu kateqoriyadan olan hərbi vəzifəlilərlə daha çox küçə münaqişələri və qanunsuz saxlanılma halları baş verir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
71
icma.az

1Источники