RU

Konstitusiya Məhkəməsində Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 6-da Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olanTürkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru cənab MuhsinŞentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşkeçirilib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, qonaqlarısalamlayan sədr Fərhad Abdullayev xalqlarımızın ortaq milli-mənəvidəyərlərindən və ənənələrindən güc alan Azərbaycan-Türkiyəqardaşlığının dünya ölkələrinə bir nümunə olduğunu vurğulayıb.

İki qardaş ölkə arasında sarsılmaz münasibətlər AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin və TürkiyəRespublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatakeçirdikləri uğurlu siyasət nəticəsində etibarlı stratejiəməkdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub. Böyük geosiyasi vəiqtisadi potensiala malik dövlətlərimizin strateji əməkdaşlığıregionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, bütünsahələrdə, o cümlədən məhkəmə-hüquq əməkdaşlığının inkişafının dahada gücləndirilməsinə yönəlib.

Bildirilib ki, tarixin önəmli anlarında dövlətimizə dayaq olmuşqardaş Türkiyənin Vətən müharibəsində və Azərbaycanın Konstitusiyaquruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən lokalxarakterli antiterror tədbirləri zamanı ölkəmizin yanında olmasıxalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün ƏsasQanunun hüquqi qüvvəsi suveren republikamızda tam bərpa edilib vəişğal altında olan torpaqlarımızın azad edilməsi ilə həm dəvətəndaşların konstitusiyada təsbit olunan hüquqlarının müdafiəsitəmin olunub.

Daha sonra sədr Azərbaycan ilə Türkiyə arasında mövcud olanqardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədənməhkəmə-hüquq sistemində uğurla inkişaf etdiyini vurğulayıb.

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru MuhsinŞentürk göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadəedərək, ikitərəfli əlaqələri yüksək qiymətləndirib, bumünasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.Qonaq vurğulayıb ki, “Bir millət, iki dövlət” prinsipi əsasındaqurulan əməkdaşlıq dövlət institutları arasında təcrübə mübadiləsivə qarşılıqlı dəstək baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı konstitusiya ədalət mühakiməsinin rolu, hüquqsistemlərinin inkişafı, məhkəmə və prokurorluq institutlarıarasında qarşılıqlı əlaqələrin gücləndirilməsi ətrafında fikirmübadiləsi aparılıb. Tərəflər hüququn aliliyinin təmin olunması,insan hüquq və azadlıqlarının qorunması istiqamətində əməkdaşlığındaha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Sonda qonaqlar məhkəmənin binası ilə tanış olub, xatirəfotoşəkilləri çəkdiriblər.

Konstitusiya
Избранный
15
13
az.trend.az

10Источники