RU

Türkiyədə vəhşicəsinə öldürülmüş Narin Güranın qətlində yeni detalları

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda 2024-cü il avqustun 21-də yoxa çıxan və 19 gün sonra, 2024-cü il sentyabrın 8-də Eğertutmaz çay dərəsində cansız bədəni tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni detallar ortaya çıxıb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Narin Güranın qətli ilə bağlı təqsirli bilinərək 4 il 6 ay həbs cəzasına məhkum edilən Nevzat Bahtiyar yenidən hakim qarşısına çıxıb.

Nevzat Bahtiyar ifadəsində bildirib ki, qızcığazın əmisi Salim Güran ondan cəsədi hissələrə ayıraraq yox etməsini istəyib.

"Hadisə baş verdiyi gün səhər saat 6:30-da Çarıklıya getdim və günorta saatlarında evə gəldim. Həyat yoldaşım suyumuzun kəsildiyini dedi, ona görə də Salim Gürana zəng etdim. Saat 3 radələri idi, sadəcə su haqqında danışdıq. Daha sonra Salim Güran məni çağırdı. Yuxarı qalxdığım zaman cəsədi gördüm. Mənə dedi ki, bu cəsədi aparacaqsan. Qəbul etmədim, silah çəkdi, məni və oğlumu təhdid etdi. Məcbur qalıb cəsədi apardım", - deyə o bildirib.

"Salim Güran, həmçinin məndən cəsədi parça-parça bölüb yox etməyimi istədi. Mən bunu etmədim. Əgər etmiş olsaydım, o cəsəd tapılmazdı və mən də burada mühakimə olunmazdım", - deyə o əlavə edib.

Qeyd edək ki, Narin Güranın qətli ilə bağlı mühakimə olunan anası Yüksel, qardaşı Enes və əmisi Salim Güran "Birgə hərəkət edərək uşağın qəsdən öldürülməsi" ittihamı üzrə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər, Nevzat Bahtiyar isə "Cinayət dəlillərini yox etmək, gizlətmək və ya dəyişdirmək" ittihamı ilə 4 il 6 ay həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, səkkiz yaşlı Narin Güranın cəsədi onun itkin düşməsindən 19 gün sonra çay yatağında, üstü daş və kol-kosla örtülmüş çuval içində tapılmışdı. Ekspertiza uşağın ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişdiyini müəyyən edib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib. İstintaq nəticəsində cinayətin uşağın anası Yüksel Güran, qardaşı Enes Güran, avtomobilində Narinə aid DNT və tük nümunəsi tapılan əmisi Salim Güran tərəfindən törədildiyi məlum olur. Onlara və cəsədi çay yatağına daşıdığını etiraf edən qonşuları Nevzat Bahtiyara qarşı "mütəşəkkil cinayət törətmək" ittihamı ilə cinayət işi açılıb.

"Cebheinfo.az"

Избранный
16
3
cebheinfo.az

4Источники