RU

Bu vəziyyət valideynlərin maddi yükünü artırır Ekspert

ain.az bildirir, 525.az portalına istinadən.

“Universitetin daxili büdcəsi yalnız ödənişli əsaslarla təhsil alan tələbələrin hesabına formalaşır. Xərclər də buraya daxildir. Xərclər artdıqca universitetlər də məcbur olur ki, illik təhsil haqlarını da artırsın. Burada isə əziyyət çəkən tələbələr və onların valideynləri olur”.

Təhsil eksperti Elmin Nuri bunu 525.az-a bildirib. Ekspertin sözlərinə görə, bəzi hallarda təhsil haqlarının artırılması universitetlərdə tətbiq olunan yeniliklərin və təkmilləşmələrin maliyyələşdirilməsi üçün zəruri olur:

“Təbii ki, bu vəziyyət valideynlərin maddi yükünü artırır. Lakin məsələyə daha dərindən baxdıqda və universitet rəhbərləri ilə ünsiyyətdə haqlı məqamların olduğunu görmək mümkündür. Bu xərclərə müəllim heyətinin saxlanması, infrastrukturun təkmilləşdirilməsi, təhlükəsizlik və digər əlavə ehtiyaclar daxildir. Bəzi hallarda tələbəyə sərf olunan vəsait ondan alınan təhsil haqqını da üstələyir. Bu isə universitetləri təhsil haqlarını artırmağa məcbur edir. Bəzən bu artımlar əsaslı səbəblərlə yox, lüzumsuz hallarda tətbiq oluna bilər. Amma ümumi mənzərə dəyişmədikcə, yəni universitetlər öz potensiallarını inkişaf etdirmədikcə və tələbəyə yalnız gəlir mənbəyi kimi yanaşdıqda, bu prosesin dəyişməsi real görünmür”.

Sevinc Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
525.az

1Источники