RU

“Krokus” teraktına görə məhkum edilənlərdən biri öldü – intihar deyirlər

İki il əvvəl “Krokus” konsert zalında törədilmiş və 145 insanın həlak olmasına səbəb olmuş terror aktında təqsirli bilinənlərdən biri, 36 yaşlı Yakubjoni Yusufzodə intihar cəhdindən sonra xəstəxanada ölüb.

Musavat.com mk.ru saytına istinadla əxəbr verir ki, hadisə bu gün (bazar ertəsi) günortadan sonra "Matrosskaya Tişina" istintaq təcridxanasında baş verib. Bildirilir ki, Yusufzodə kamerasında intihar əlamətləri ilə tapılıb. O, xəstəxanaya aparılıb, lakin onu xilas etmək mümkün olmayıb.

O da bildirilir ki, Yakubjoni Yusufzodə terror aktında birbaşa iştirak etməyib və hadisə törədildiyi zaman Moskvada olmayıb. Həmin vaxt o, Soçidə yaşayırmış. Hücumdan bir müddət əvvəl Yusufzodə Türkiyəyə uçmağa cəhd edib. Müstəntiqlərin sözlərinə görə, Yusufzoda cinayətkarlara pul köçürüb və bu da onlara Moskvada yaşayış xərclərini ödəməyə imkan verib. O, hücumdan sonra bir dəfə də terrorçulara pul köçürüb. Həbs edildikdən sonra hərbi məhkəmə Yusufzodəni ömürlük həbs cəzasına məhkum edib.

Yusufzodənin konkret olaraq necə intihar etdiyi barədə məlumat verilmir. Ancaq məlumdur ki, sərt rejimli təcridxanalarda saxlanılan şəxslərin intihar etməməsi üçün hər cür tədbirlər görülür.

Musavat.com

 

Избранный
27
musavat.com

1Источники