RU

Neft Rusiyanı dibdən çıxarır

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya iqtisadiyyatı 2026-cı ilə zəif bir başlanğıc edib. 

İqtisadi İnkişaf Nazirliyinin məlumatlarına görə, yanvar ayında ÜDM 2,1 faiz, fevral ayında isə 1,5 faiz azalıb. Beləliklə, ilin ilk iki ayında ümumi geriləmə 1,8 faizə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu mənzərə iqtisadiyyatın mənfi artım prosesinə girdiyini göstərsə də, ekspertlər hələlik texniki mənada resessiya elan etmək üçün tez olduğunu bildirirlər.

Rəsmilər geriləməni qismən təqvim effekti ilə izah edirlər. Uzun Yeni il tətili və qısa fevral ayı səbəbindən iş günlərinin sayının azalması istehsalı aşağı salıb. Lakin iqtisadçılar bu izahatın təkbaşına kifayət etmədiyini vurğulayırlar. 

Sənaye, tikinti, kənd təsərrüfatı və nəqliyyat kimi əsas sektorlarda azalmanın daha yüksək səviyyələrdə baş verdiyi qeyd olunur. Xidmət sektoru isə məhdud da olsa artım qeydə alaraq enişi qismən kompensasiya edib.

İqtisadiyyatdakı zəifləmənin arxasında daha geniş struktur amillər dayanır. Artan vergi yükü, yüksək faiz dərəcələri və sərt pul-kredit siyasəti şirkətlərin investisiya marağını məhdudlaşdırır. 

Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə təzyiqi altında olduğu, gizli işsizliyin artdığı ifadə edilir. 2025-ci ildə 1 faiz artan iqtisadiyyat üçün bu ilin başlanğıcı gözləntilərdən aşağı olub.

Digər tərəfdən, qlobal hadisələr mürəkkəb bir mənzərə yaradır. Yaxın Şərqdəki gərginlik səbəbindən yüksələn neft qiymətləri Rusiya büdcəsinə əlavə gəlir təmin etmə potensialı daşıyır. Lakin yüksək enerji qiymətlərinin qlobal tələbi zəiflədə biləcəyi və bunun da uzunmüddətli perspektivdə ixracata mənfi təsir göstərəcəyi bildirilir.

Bəzi analitiklər isə mövcud enişi müvəqqəti hesab edirlər. Enerji və xammal qiymətlərindəki artım, faiz dərəcələrinin endirilməsi gözləntiləri və daşımalarda canlanma siqnalları sayəsində mart ayından etibarən bərpa müşahidə oluna biləcəyi ifadə edilir. Buna görə də, ilk rübün ümumi nəticəsində iqtisadiyyatın yenidən məhdud artım tempinə qayıtması mümkün görülür.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
1
cebheinfo.az

2Источники