RU

“Kəpəz”in futbolçusu: “Məqsədimiz daha yuxarı pillələrə qalxmaqdır” MÜSAHİBƏ

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Qarşıdakı hər oyun bizim üçün həlledicidir”.

Bunu “Kəpəz”in futbolçusu Mahamadu Ba futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Misli Premyer Liqasının 26-cı turunda “Qəbələ”yə 0:2 hesabı ilə məğlub oldunuz. Matçı necə dəyərləndirirsiz?

– Hər oyunun öz reallığı var. Bu qarşılaşma da istədiyimiz kimi alınmadı, amma futbolun belə anları olur. Vacib olan nəticədən düzgün dərs çıxarmaqdır. Komanda olaraq səhvlərimizi analiz edirik və növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq.

– Görünən odur ki, fasilə komanda üçün uğurlu olmayıb. Bununla razılaşırsınız?

– Düzdür, fasilədən sonra istədiyimiz nəticəni əldə edə bilmədik. Amma bu o demək deyil ki, komanda geriləyib və ya ruhdan düşüb. Əksinə, biz daha da motivasiyalıyıq və vəziyyəti düzəltmək üçün çalışırıq.

– Fasilədən öncə keçirdiyiniz matçlarda qələbələr qazanaraq 11-ci pillə ilə xal fərqini artırmışdınız. İndi yenə iki xala düşdü. Bu sizi narahat etmir?

– Əlbəttə, xal fərqinin azalması yaxşı deyil. Amma mövsümün sonuna qədər oyunlarımız var və hər matç bizim üçün çox önəmlidir. Biz bu vəziyyəti nəzərə alırıq və hər oyuna maksimum ciddi yanaşırıq.

– Uğurlu seriyanıza qayıda biləcəksiniz? Çoxları düşünür ki, “Kəpəz” artıq Premyer Liqada yerini təmin edib. Bununla razılaşırsınız?

– Hələ heç nə tam həll olunmayıb. Biz heç vaxt rahatlaşmırıq və sona qədər mübarizə aparacağıq. Komanda olaraq məqsədimiz daha yuxarı pillələrə qalxmaqdır və bunun üçün əlimizdən gələni edəcəyik.

– Qarşıda daha bir sonuncu pillə sahibi “Karvan-Yevlax”la matç var. Qələbə qazanaraq bir az da daha rahatlaşa biləcəksiniz?

– Qarşıdakı hər oyun bizim üçün həlledicidir. “Karvan-Yevlax”la matç da istisna deyil. Qələbə qazanmaq bizə daha çox inam verir. İnşallah, hər şey yaxşı olacaq və istəyimizə çatacağıq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
icma.az

1Источники