RU

Məşhur professor bugünkü fəlakət haqda illər öncə nə demişdi? VİDEO

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Normadan artıq yağan intensiv yağışların yaratdığı fəsadlar fonunda professor Müseyib Müseyibovun illər əvvəl dediyi fikirlər diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, onun 2009-cu ildə verdiyi müsahibədə səsləndirdiyi xəbərdarlıqlar bu gün baş verən hadisələrlə üst-üstə düşür.

Belə ki, mütəxəssis aparılan tikinti işlərində yerli təbii şəraitin, relyefin, hidroloji xüsusiyyətlərin nəzərə alınmamasını təəssüflə vurğulayıb:

“Üçüncü-dördüncü kurslarda ekspedisiyalara gedirdik. 1940-cı illərin sonu, 1950-ci illərdə görürdük ki, evlər çaylardan xeyli aralıda — dağlarda, yüksəkliklərdə tikilirdi. Çayda suyun səviyyəsi 5–10 metr qalxsa belə, dərələrdə yerləşən kəndlərə ziyan vura bilməzdi.

Lakin zamanla “savadlı” insanların sayı artdıqca, evlər çaylara daha yaxın tikilməyə başladı. Bir tərəfdən gözlənilməyən yağıntıların miqdarı artır, digər tərəfdən isə dağlıq ərazilərdə hər 5–10 ildən bir güclü sel baş verir və çay kənarlarını basır. Nəticədə düşünülmədən, suya yaxın tikilən evlər — hətta bəzən müasir və gözəl tikililər — sel tərəfindən dağıdılıb aparılır”.

Müsahibəni ətraflı video materialdan izləyə bilərsiniz:

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
globalinfo.az

1Источники