RU

Şəxsi təyyarə restoronaÇIRPILDI

Braziliyada özəl təyyarənin qəzaya uğraması nəticəsində faciə baş verib. Hadisə ölkənin Rio-Qrandi-du-Sul ştatının Kapan-da-Kanoa şəhərində qeydə alınıb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki,, Piper JetProp DLX model təyyarə havaya qalxdıqdan qısa müddət sonra uçuş-enmə zolağının sonunda dirəyə dəyib, idarəetməni itirib və restoran binasının üzərinə düşüb. Zərbədən sonra təyyarə partlayaraq yanmağa başlayıb.

Qəza zamanı təyyarənin göyərtəsində olan 4 nəfərin hamısı həyatını itirib. Hadisə baş verən anda restoran bağlı olduğundan yerüstü xəsarət alan olmayıb.

Hadisə yerinə dərhal yanğınsöndürənlər, polis əməkdaşları və yerli icra strukturlarının nümayəndələri cəlb olunub. Yanğın qısa müddətdə nəzarət altına alınıb, yaxın ərazilərdə yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Hazırda qəzanın səbəbləri araşdırılır. İlkin versiyalar arasında texniki nasazlıq və uçuş zamanı yaranan digər hallar nəzərdən keçirilir.

NURİYYƏ

Избранный
44
2
redaktor.az

3Источники