RU

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov amnistiyaya düşüb

Klinik
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudova amnistiya aktı tətbiq olunub. 1news.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Azər Maqsudovla bağlı hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Elan olunan qərara əsasən, Azər Maqsudova amnistiya aktı şamil olunub. O, cəzadan azad edilib.
A.Maqsudovun vəkili Musa Abdinov məlumatı təsdiqləyib. Xatırladaq ki, Sabunçu rayon Məhkəməsinin hökmünə əsasən, A. Maqsudov nəqliyyat vasitəsini 1 il idarəetmə hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdi. Qeyd edək ki, yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib. A. Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu Rayon Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.
Избранный
3
17
1news.az

10Источники