RU

Məşhur cütlükdən xeyirxah addım

Məşhur aktyor Uğur Aslan və ssenarist həyat yoldaşı Sema Ergenekonm zəlzələdən zərər çəkmiş ailələrin yerli ərzaq mağazalarına olan borclarını ödəyiblər.

"Unikal" xəbər verir ki, cütlük bu xeyriyyəçilik əməllərini gizli saxlamağa çalışıb. Lakin Türkiyə mətbuatı Uğur və Semanın bu addımını yüksək qiymətləndirib. 

Mövzu ilə bağlı danışan Uğur Aslan verilən yardımın şişirdilməməli olduğunu bildirərək, "Bunu deməyin. Bu, öyünməli bir şey deyil", - deyib. 

Onlar məsələnin ictimaiyyətə məlum olmasından məmnun olmadığını açıqlayıblar. 

Qeyd edək ki, aktyor Uğur Aslan "Yargı" serialında "Komissar Eren"in canlandırıb.  Serialın ssenaristi onun həyat yoldaşı Sema Ergenekon olub.

Sema "Kara Para Aşk", "Paramparça" və "Yargı" kimi uğurlu layihələrin tanınmış ssenaristidir. Uzun illər evli olan cütlüyün üç övladı var. 

Избранный
10
2
unikal.az

4Источники