RU

Səudiyyə Ərəbistanı 10 milyard dollar itirib- WSJ

“The Wall Street Journal” (WSJ) qəzeti öz mənbələrinə istinadən bildirib ki, Səudiyyə Ərəbistanının ABŞ-ın İrana qarşı hərbi kampaniyasından dəyən iqtisadi itkiləri 10 milyard dolları keçib.

Vətəninfo.az xəbər verir ki, qəzet qeyd edib ki, zərər Hörmüz boğazında gəmiçiliklə bağlı məhdudiyyətlər nəticəsində yaranıb ki, bu da krallığın neft ixracına mənfi təsir göstərib. Bundan əlavə, itkilər İranın cavab zərbələri nəticəsində dəyən qismən hərbi ziyan, eləcə də Formula 1 çempionatı da daxil olmaqla , böyük beynəlxalq tədbirlərin ləğvi ilə əlaqələndirilib .

Bu fonda ölkə hakimiyyəti və iri dövlət şirkətləri cari xərcləri azaltmaq məqsədilə yeni göydələnlərin tikintisi də daxil olmaqla, irimiqyaslı infrastruktur layihələrinin icra qrafikini nəzərdən keçirirlər. Bundan əlavə, qəzetin məlumatına görə, Səudiyyə Ərəbistanı müdafiə büdcəsinin sürətləndirilmiş şəkildə artırılması imkanını nəzərdən keçirir ki, bu da vəsaitlərin yenidən bölüşdürülməsini tələb edəcək.

Избранный
29
veteninfo.az

1Источники