RU

130 kilodan 59 a düşən Işın Karacanın SİRRİ: 24 saatda 1 dəfə yeyirəm və...

ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Türkiyənin məşhur müğənnisi, 130 kilodan 59 kiloya düşən Işın Karaca tamamilə fərqli bir insana çevrilib.

Lent.az xəbər verir ki, son 1 il ərzində xeyli arıqlayan 52 yaşlı müğənni ötən axşam səhnədə çıxışı zamanı çəkilmiş görüntülərini sosial media hesabında paylaşıb. Karacanın zərif tərzi və fit görünüşünü izləyiciləri çox bəyənib.

Uğurlu karyerası ilə minlərlə pərəstişkar qazanan müğənni Işın Karaca bir müddət əvvəl İstanbulu tərk edərək İzmirin Urla rayonuna köçmüşdü.

Şəhər həyatından uzaq, sakit bir yaşam tərzinə üstünlük verən 52 yaşlı müğənni son dövrlərdə verdiyi çəki ilə maqazin gündəminin diqqət mərkəzindəydi. 130 kilodan 59 kiloya düşən Işın Karaca tamamilə dəyişib.

Fit görünüşü ilə diqqət çəkən məşhur müğənni artıq çəkilərdən necə qurtulduğunu da açıqlayıb. Karaca qatıldığı bir proqramda belə deyib: “Deməli, bu iş yeməməkdən ibarətdir. Həyat yoldaşım Can ilə birlikdə həkim nəzarətində 24 saatda bir dəfə qidalanırıq. Aralıqlı oruc tuturuq. Gün ərzində bir dəfə yemək yeyirik. 30-40 dəqiqə vaxtım olur, istədiyimi yeyirəm. Ən gec saat 17:30 – 18:00 arası yeməyimi bitirmiş oluram. Orqanizm hər şeyə alışır. Siqareti də tərgitdim. Daha sağlam yaşamağa başladım. Həm arıqladım, həm də siqareti buraxdım. Həyat yoldaşım da mənə çox dəstək oldu.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
lent.az

1Источники