Son bir neçə gündür Azərbaycanda müşahidə olunan intensiv leysan yağışları bir sıra bölgələrdə ciddi fəsadlara səbəb olub.
Xüsusilə Qusar rayonunda vəziyyət daha ağır olub. Məlumata görə, güclü sel elektrik dirəklərini aşırıb, həmçinin sahilboyu ərazidə yerləşən transformatoru aparıb. Nəticədə bəzi ərazilərdə elektrik təchizatında fasilələr yaranıb.
Musavat