RU

Kapitan "Mançester Siti"dən gedir

style='margin-bottom:10px;'>

 "Mançester Siti"nin kapitanı Bernardu Silvanın mövsümün sonunda komandadan ayıracağı dəqiqləşib.

QOL.az xəbər verir ki, "Sky Sports"a istinadən bu barədə klubun köməkçi-məşqçisi Xosep Linders açıqlama verib.

“Kapitan unikaldır və onu başqa oyunçu ilə əvəzləmək mümkün deyil. Ümid edirəm ki, son aylarını yaxşı keçirəcək. Cəmi altı həftə qalıb və o, layiqli şəkildə vidalaşacaq. O, buna tam layiqdir” – deyə Linders bildirib.

Qeyd edək ki, Bernardu Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 450 oyunda 76 qol vurub. Silva “Mançester Siti”nin heyətində 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

Избранный
14
1
teleqraf.com

2Источники