RU

Yaşlı sürücü sükan arxasında öldü

Bakıda sürücü sükan arxasında vəfat edib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev “Toyota” markalı avtomobilini idarə edərkən qəfil ölüb.

Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Избранный
2
4
metbuat.az

8Источники