ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 6 aprel, AZƏRTAC
Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, dəyişikliyə əsasən, 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti “20-ci sahə dairəsi” – Şəfəq küçəsi ilə təşkil olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.