RU

ABA nın Asiya Maliyyə Əməkdaşlıq Assosiasiyasına üzvlüyü ilə bağlı rəsmi müraciət imzalanıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 6 aprel, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Asiya Maliyyə Əməkdaşlıq Assosiasiyasına (AFCA) üzv qəbul edilməsi ilə bağlı rəsmi müraciət imzalanıb.

ABA-dan AZƏRTAC-a bildirilib ki, qurumun rəhbər heyəti Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində AFCA rəhbərliyi ilə işgüzar görüş keçirib. ABA prezidenti Zakir Nuriyev və AFCA rəhbərliyi iki ölkənin maliyyə institutları arasında qurulan əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıblar.

Görüşdə AFCA rəhbərliyinə Azərbaycanın mövcud makroiqtisadi vəziyyəti, maliyyə sabitliyi göstəriciləri və bank sektorundakı müasir trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, ABA-nın fəaliyyət istiqamətləri, üzv banklara göstərilən xidmətlər və beynəlxalq tərəfdaşlıq layihələri diqqətə çatdırılıb.

Tərəflər arasında birgə layihələrin icrası, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında razılıq əldə olunub. AFCA-nın gələcək beynəlxalq tədbirlərindən birinin Azərbaycanda keçirilməsi ilə bağlı ilkin müzakirələr aparılıb. Belə bir təşəbbüs regional maliyyə əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

Qeyd edək ki, görüşdə Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABMTM) təşkilatçılığı ilə baş tutan görüşdə ölkəmizi ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, baş iqtisadçısı Əzizağa Haxverdiyev və Azərbaycanın aparıcı banklarının nümayəndələri təmsil ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
9
azertag.az

10Источники