Bu barədə “Qafqazinfo”ya Azərbaycan Terüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Dəyişikliyə əsasən, 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti “20-ci sahə dairəsi” – Şəfəq küçəsi ilə təşkil olunub.
Qeyd edək ki, aramsız yağan yağışlar nəticəsində Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb. Bir sıra vəzifəli şəxslər əraziyə baş çəkərək problemin aradan qaldırılması ilə bağlı tapşırıqlarını veriblər.